Xarici orqanlara işləyən Azərbaycan vətəndaşları saxlanılıblar | VİDEO
Qeyd olunan cinayət əməllərinin törədilməsində şübhəli bilinən 1995-ci il təvəllüdlü Məmmədov Amid Saməddin oğlunun xarici ölkə ərazisində gizləndiyi yer müəyyən edildikdən sonra o, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb, Azərbaycana gətirilərək istintaqa cəlb edilib. Eləcə də bu cinayətlərin törədilməsində şübhəli bilinən 1997-ci il təvəllüdlü Səfərov Nurlan İlham oğlu və 1983-cü il təvəllüdlü İsrafilov Edik Nəbi oğlu saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunublar. Adları çəkilən şəxslər Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (Azərbaycanın hüdudlarından kənarda Azərbaycanım qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmə) maddələri ilə ittiham olunaraq, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Davam edən tədbirlər və cinayət məsuliyyətinə cəlb edilmiş digər şəxslər barədə ictimaiyyətə əlavə məlumat təqdim ediləcək.
AzVision.az
Teqlər: DTX







Vaxtında, Aydın, Lazımlı!


